Dekabrın 13-də keçirilən ticarət sessiyası zamanı bitkoinin qiyməti 5%-dən çox artıb.

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”da gün ərzində bitkoin 5,15% bahalaşaraq 17 857 dollara mübadilə olunub. Axşama doğru isə o, bir qədər də bahalaşaraq dəyərini 18 min dollara çatdırıb.

Bəzi analitiklər kriptovalyutanın bir qədər də bahalaşacağını, bəzilərisə əksinə, ucuzlaşacağını proqnozlaşdırır.