“Bitcoin”in dəyəri 5,1 faiz artaraq 51 302 dollara çatıb.

Bu barədə “CoinDesk” portalı məlumat yayıb.

“Bitcoin”in kursu ticarət əməliyyatlarının gedişində sonradan 51 018 dollara qədər geriləyib.

Qeyd edək ki, “Bitcoin” - 2008-ci ildə Satosi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunub, 2009-cu ildə açıq-mənbəli proqram kimi istifadəyə verilib. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. “Bitcoin” heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir.

“Bitcoin” əməliyyatların təhlükəsizliyi “bitcoin miner” adlanan serverlər tərəfindən təmin edilir.