Bir qrup maskalı silahlı şəxs zirehli avtomobillə Kosovonun şimalında yerləşən Banjska pravoslav monastırının ərazisinə və Metoxiyaya daxil olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Serb Pravoslav Kilsəsinin Raşa-Prizren yeparxiyasının bəyanatında deyilir.

“Eparxiya çox narahatdır ki, son məlumatlara görə, bir qrup maskalı silahlı şəxs zirehli avtomobillə monastırın bağlı qapılarını yararaq monastıra daxil olublar", - deyə bəyanatda qeyd olunur.

"Təhlükəsizlik məqsədilə monastır qardaşları və zəvvarlar yaşayış məntəqəsinə qapanıblar, məbəd bağlıdır. Həyətdə maskalı silahlı insanlar hərəkət edir, zaman-zaman atəş səsləri eşidilir. Yeparxiya açıq zorakılığı qəti şəkildə pisləyir. Serb Pravoslav Kilsəsi hər iki tərəfə çağırış edərək, münaqişəyə ən qısa zamanda son qoymağın mümkün olduğunu bildirir", - məlumatda qeyd edilib.

Bundan əvvəl Kosovonun baş naziri Albin Kurti maskalı silahlı şəxslərin fotoşəkillərini dərc edərək, onların Serbiya hakimiyyətinin dəstəyi ilə Kosovo polisinə hücum etdiklərini bildirmişdi. Kurti bildirib ki, Kosovo polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bir qrup silahlı şəxsi saxlamaq üçün əməliyyat keçirir. O qeyd edib ki, bazar günü hücum nəticəsində bir polis ölüb, biri yaralanıb.

Qeyd edək ki, NATO-nun Kosovo Qüvvələri (KFOR) lazım gələrsə əməliyyata qoşulmağa hazır olduğunu bildirib.