Bakıda daha bir neçə xəstəxananın birləşdirilməsinə qərar verilib.

“M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” “Xüsusiləşdirilmiş Angioloji Mərkəz”in ona qoşulması ilə yenidən təşkil olunur.

Bununla yanaşı “K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” “Uşaq Nevroloji Xəstəxanası” və “6 nömrəli Uşaq Klinik Xəstəxanası”nın ona qoşulması ilə yenidən təşkil edilir.