Məcburi dövlət genom qeydiyyatından keçirilməli olan xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) və naməlum meyitlərdən bioloji material götürəcək orqanlar müəyyənləşib.

İqtisadiyyat.az-ın xəbərinə görə, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) və naməlum meyitlərdən Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bioloji material götürəcək orqan kimi müəyyənləşib.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilməlidir.