Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü mübarək olsun”, - o bildirib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür.