Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından sabah günün I yarısına qədər Bakının Xəzər rayonunun Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İqtisadiyyat.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.