Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az APA-a istinadən verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Cəbrayıl rayon sakini idarə etdiyi "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən qarşısına çıxan inəyi vurub.

Zərbənin təsirindən inək maşının salonuna düşüb. Bu zaman maşında sərnişin qismində olan Cəbrayıl rayon sakini, 1998-ci il təvəllüdlü Behbudov Mahmud Qürbət oğlu baş nahiyəsindən xəsarət alıb. Burunu, çənəsi sınan M.Behudova Biləsuvar RMX-da tibbi yardım göstərilərək Bakı xəstəxanalarından birinə yola salınıb.

Qeyd edək ki, xəsarət alan sərnişin sürücünün qardaşıdır.