Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 3 yaşlı A. R. ehtiyatsızlıqdan akkumulyator suyu içərək zəhərlənib. O, dərhal rayon xəstəxanasına aparılıb.

Bu gün saat 12:25-də Biləsuvar rayon İsmətli kənd sakini, 2020-ci il təvəllüdlü pasiyent "Kimyəvi maddə ilə zəhərlənmə" diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə daxil olub.

Dərhal pasiyentə zəruri tibbi yardım göstərilib daha sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün rayonda daha bir bədbəxt hadisə baş verib. 2015-ci il təvəllüdlü T.M şorabadan zəhərlənərək ölüb.