Biləsuvar rayonu ərazisinə dolu yağıb.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, dolu təxminən saat 20 radələrində rayonun bir neçə kəndi ərazisinə qısa müddət ərzində düşüb.

Hazırda həmin kəndlərdə leysanla müşayiət olunan şimşək çaxır, elektrik enerjisinin verilişi dayanıb.