“Micon International Ltd” beynəlxalq konsaltinq şirkəti Gədəbəydə filiz hasilatı və emalı müəssisələri haqqında ilkin hesabat hazırlayıb.

Bu barədə İqtisadiyyat.az "Anglo Asian Mining" (AAM) şirkətinə istinadən məlumat verib.

“Anglo Asian Mining” hesabatın gələn həftə tamamlanacağını gözləyir vəbildirir ki, hesabat açıqlandıqdan sonra daha ətraflı məlumat veriləcək.

Şirkət hazırda “Micon” və Azərbaycan hökuməti ilə birgə hesabat layihəsini nəzərdən keçirir.