Beynəlxalq Ədalət Məhkəməsi İrqi Diskriminasiyanın Bütün Formalarının aradan qaldırlması ilə bağlı Konvensiyaya dair (Azərbaycan Ermənistana qarşı işində) Azərbaycanın təqdim etdiyi müvəqqəti tədbirlərə dair sorğu ilə bağlı ictimai dinləmələr keçirəcək.

Bu barədə Beynəlxalq Ədalət Məhkəməsi “Twitter”də məlumat yayıb.

Məlumata görə, Haaqa Sülh Sarayında keçiriləcək dinləmələrdə diplomatik nümayəndəliklər və məhdud sayda ictimaiyyət nümayəndələr iştirak edəcək. Dinləmələr ingilis və fransız dillərində canlı yayımlanacaq.