Beyləqan rayonunda avtomobil beton dirəyə çırpılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yuxarı Qarabağ kanalı-Daşburun yolunun rayonun Mil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Muxtarlı Səbuhi Xaləddin oğlu idarə etdiyi "VAZ 21051" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobil yolun üzərində quraşdırılmış keçid qapısının beton dirəyinə çırpılıb, sürücü aldığı xəsarətlərdən Beyləqan RMX-da ölüb.

Faktla bağlı cinayət işi başlanılmaqla istintaq aparılır.