İranda iki Bəsic (Bəsic Müqavimət Qüvvəsi) üzvünü öldürən şəxs bu gün səhər Məşhəd şəhərində edam olunub.

İqtisadiyyat az APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, həmin şəxs 2 Bəsic üzvünü bıçaqla öldürüb, daha 4 nəfəri isə yaralayıb.

Məhkəmənin qərarı ilə o, əhalinin gözü qarşısında edama məhkum olunub və bu gün edam olunub.