"Yaxın Şərqdə dərhal humanitar atəşkəsə ehtiyac var. Fələstin-İsrail münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Yalnız daimi atəşkəsə aparan təcili humanitar atəşkəs həm fələstinlilər, həm də israillilər üçün sülhə ümidi qoruyacaq", – Berbok Yaxın Şərqə uçmazdan əvvəl deyib. Qəzza zolağında insanların ölümü və HƏMAS hərəkatının hələ də saxladığı 100-dən çox girovun əzabları, onun fikrincə, bir-birinə bağlıdır: "Əzab hər kəs üçün bitməlidir".

Burbokun sözlərinə görə, Dohada aparılan danışıqlar nəhayət uğura gətirib çıxarmalıdır.