Radikal qruplaşmanın silahlıları ölkənin şimal-qərbində, Burkina-Faso ilə sərhəd yaxınlığında ən azı 7 Benin əsgərini öldürüblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Agence France-Presse" Benin ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hərbçilər Pancari təbiət qoruğunun ərazisində peyda olublar.

Burkina Faso, Mali və Nigerdə ​​fəaliyyət göstərən terror qrupları hazırda Benin, Kot-divuar və Toqoda fəallaşaraq Atlantik okeanı sahillərinə çıxmağa çalışırlar.