Rusiyanın Belqorod şəhəri Ukraynadan atəşə tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında bildirib.

Qubernatorun sözlərinə görə, hadisə zamanı 24 nəfər ölüb, yüzdən çox yaralı var. Qladkov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

O, 30 çoxmənzilli binaya, 381 mənzilə, bir neçə fərdi yaşayış evinə, xeyli sayda avtomobilə ziyan dəydiyini də qeyd edib.