Həmişə olduğu kimi Fəzail bəyin qaldırdığı məsələ ictimaiyyəti narahat etməklə bərabər dövlətin və iqtisadiyyatın möhkəmlənməsi üçün də çox böyük əhəmiyyətə malikdir. 

Fəzail Ağamalının açıqlaması bu linkdə:

http://iqtisadiyyat.az/news/az/5601/Xzr-dnizini-bir-v-ya-bir-ne-ailnin-ixtiyarna-vermk-olmaz-MLLT-VKL

Xəzərin sahilləri mülkiyyət sahibi - əhalinin əlindən alınıb bir qrup oliqarxıarın istifadəsiz boş sahələrinə çevrilmişdir. Həm bu sahələr istifadəsiz qalmış, həm də insanlar bu gözəl guşələrə həsrət qalmışdır. Belə davam edə bilməz, problem həllini tapmalıdır. Bir tərəfdən hər bir vətəndaşın Xəzərə çıxışının təmin edilməsi, digər tərəfdən ölkəyə gələn turistlər üçün komfort şərait yaradılması zəruridi. Bunun üçün isə ilk növbədə mükəmməl qanunvericilik aktları işlənməlidi. Azərbaycan dənizə malik olan tək dövlət deyil, yüzlərcə gözəl təcrübə var, başqa ölkələr necə davranırsa, biz də təcrübədən yararlanaraq yaxşı bir mexanizm hazırlaya bilərik. Unutmaq olmaz ki, Azərbaycan turizm üçün yararlı və gözəl məkanda yerləşir və turizm yalnız valyuta gətirən sahə deyil, turizm həm də ölkənin çox güclü təbliğat, lobbi mənbəyidi, ilkin olaraq xarici investisiya, sürətli inkişaf vasitəsidi. Əksəriyyət investorlar ilk olaraq turist kimi gəlir, sonra investor kimi başlayır. Bu ölkənin turizm potensialı hətta neft-qaz kimi ən böyük resurslardan belə dəfələrlə çoxdur, həm də ekoloji cəhətdən təmiz, cəlbedicidi və öyrədicidi, mədəniyyətlərə zənginləşdiricidi. Hər bir turist özü ilə həm də bir mədəniyyət idxal edir, bu da heç nəyə yaramasa da, heç olmasa müqayisə üçün , maarifləndirmə üçün yararlı olur. 

Bakının bir rayonu qədər əraziyə malik olan cırtdan dövlət olan Sinqapur yalnız turizmdən az qala Azərbaycanın bütün istehsalı (neft-qaz, kənd təsərrüfatı daxil olmaqla) qədər gəlir götürür: ildə 18 milyon turist cəlb etməklə 28-30 milyard dollar turizm gəliri...Bu təcrübədən yararlanıb eyni məhsuldarlıqla (ərazi nisbətilə) turist cəlb edə bilsək, Azərvaycanın turizm gəliri 350 milyard dollardan çox ola bilər (bu gün ÜDM-cəmi 41 milyard dollardı). 

Millət vəkili tamamilə haqlıdı, qanunvericilik aktları hazırlanmalı, sahələrin elektron kadastr xəritəsi müəyyınləşməli, turizm bölgələri konkretləşdirilməli və tender əsasında real iş adamlarına təqdim olunmalı, turizmin inkişafı üçün kreditləşmə fondu yaradılmalı və xəzinənin nəzarəti aıtında investisiya axını təşkil olunmalıdır. Turizm investisiyalarının milyardlara çıxması zəruridi, lazımi investisiya qoyulmasa nəinki turizmi, hətta heç bir sahəni inkişaf etdirmək mümkün deyil.(moderator.az)

Saleh Məmmədov, iqtisadçı professor, keçmiş maliyyə naziri