Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşı, Əbu-Dabi prezidentinin nümayəndəsi Şeyx Səid bin Zayed Əl Nəhyan vəfat edib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bir neçə gün əvvəl səhhətində problem olduğu bildirilən Səid bin Zeyidin ölüm xəbəri Rəyasət Heyəti tərəfindən açıqlanıb.

Nəhyanın vəfatı ilə əlaqədar ölkədə 3 günlük rəsmi matəm elan edilib və bu müddət ərzində bayraqlar yarıya qədər endiriləcək.

Qeyd edək ki, 58 yaşlı Səid bin Zayedin səhhətində problem olduğu bildirilib.