İngiltərənin London şəhərində yaşayan döymə ustası Master Claudio Train bədəndə döymə üçün təhlükəli olan altı yer açıqlayıb. 

İqtisadiyyat.az bildirir ki, bu barədə material "The Sun" nəşrinin saytında dərc olunub. Mütəxəssis ilk növbədə insanları dodaqların, dilin və diş ətlərinin daxili hissəsinə rəsm çəkməməyə çağırıb. O bildirib ki, həmin hissələrdə xəstəliklərə yoluxma riski yüksəkdir.

Həmçinin, ovuclar və ayaqlar da insan həyatı üçün riskli yerlər hesab olunur.