Bakı Dövlət Universitetinin (BDU) cari tədris ili üzrə “Məzun Günü” tədbirinin keçiriləcəyi məkan müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında keçiriləcək.

BDU “Məzun günü” tədbirinin təşkili üçün Milli Gimnastika Arenasına icarə haqqı olaraq 94 400 manat ödəyəcək.

Qeyd edək ki, “Məzun Günü” tədbirinə yerli müğənnilərlə yanaşı ən azı 1 nəfər xarici mügənni də dəvət olunacaq.