ABŞ prezidenti Co Bayden çərşənbə axşamı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla bu ölkəyə dəstək tədbirlərini müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü jurnalistlərə bildirib.

"Prezident Bayden və vitse-prezident Kamala Harris Baş nazir Netanyahu ilə telefon danışığını yenicə tamamladılar", - Ağ Evin mətbuat xidmətindən qeyd edilib.

Əlavə edilib ki, söhbət zamanı ABŞ-nin İsrailə dəstəyi müzakirə olunub. Digər təfərrüatlar barədə məlumat verilməyib. Amerika liderinin tezliklə bu barədə çıxış edəcəyi gözlənilir.