Birləşmiş Ştatlar İsraili "tam qələbə" kimi qeyri-müəyyən məqsədə can atmaq əvəzinə, HƏMAS hərəkatı ilə razılaşma əldə etmək fürsətindən istifadə etməyə çağırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib. 

O, İsrail xalqına müraciət edib: "Bu anı qaçıra bilməzsiniz. Qeyri-müəyyən "tam qələbə" məqsədi ilə müharibə aparmaq yalnız İsrailin Qəzzada bataqlığa düşməsinə səbəb olacaq".