ABŞ Prezidenti Co Bayden 5-9 iyun tarixlərində Fransaya səfər edəcək və burada Müttəfiqlərin İkinci Dünya Müharibəsi zamanı Normandiya desantlarının 80-ci ildönümünün qeyd edilməsində iştirak edəcək. O, həmçinin səfəri çərçivəsində Fransa lideri Emmanuel Makronla da görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Dövlət səfəri ABŞ və ən qədim müttəfiqimiz olan Fransa arasında ortaq demokratik dəyərlərə, iqtisadi əlaqələrə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanan güclü və hərtərəfli əlaqələri əks etdirəcək”, - o deyib.

Jan-Pyer əlavə edib ki, dövlət başçılarının geniş spektrli qlobal çağırışları və ikitərəfli məsələləri müzakirə etmək imkanı olacaq.