ABŞ prezidenti Co Bayden dövlət katibi Antoni Blinkenə Ukraynaya 20 milyon dollara qədər əlavə yardım göstərməyi nəzərdən keçirməyi tapşırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Ağ Ev"in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti dövlət katibinə bu pulun ayrılmasının ölkənin təhlükəsizlik maraqları üçün vacib olub-olmadığını müəyyən etmək səlahiyyəti verib.

 

Gözəl Həşimova