"2023-cü ilin birinci yarım ili ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən ittiham aktı təsdiq edilmiş 6867 cinayət işi üzrə məhkəmələrdə dövlət ittihamı müdafiə edilməklə 7548 şəxs barəsində ittiham hökmü çıxarılıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov bildirib.

"Prokurorluq cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi, yaxud hüquqlarının məhdudlaşdırılması sayəsində digər şəxslərin hüquqlarını qorumaqla yanaşı, cinayət törətməkdə təqsirli şəxslərin özlərinin də hüququnu müdafiə etmək öhdəliyi daşıyır", - o əlavə edib.