“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən altı peyvənd təsdiqlənib. “Pfizer” peyvəndi də 12 yaşdan yuxarı uşaqlara vurula bilər”.

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov bildirib.

Onun sözlərinə görə, “Pfizer” vaksini rahatlıqla uşaqlara vurula bilər:

“Hazırda digər vaksinlərin uşaqlara tətbiqi ilə bağlı araşdırmalar gedir. Yaşı 12-dən yuxarı və risk qrupuna aid uşaqlara COVID-19-a qarşı vaksinin vurulması tövsiyə olunur”.