Bakı Nəqliyyat Agentliyi Müfəssəl planların razılaşdırıldığı orqanların siyahısına daxil edilib.

İqtisadiyyat.Az BakuPost-a istinadən  xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na əlavə edilib.