Banqladeşin paytaxtı Dəkkədə müxalifətdə olan Banqladeş Milliyyətçi Partiyasının (BNP) on minlərlə tərəfdarı hökumətin istefası tələbi ilə küçələrə axışıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. 

Məlumatda yerli sakinlər baş nazir Şeyx Hasinanın siyasətinə etiraz edirlər. Etirazçılar “Şeyx Hasina səs oğrusudur” şüarları səsləndirərək yenidən seçkilərin keçirilməsini və müvəqqəti hökumətin təyin olunmasını tələb ediblər.