Azərbaycan Mərkəzi Bankında ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tvitterində ( hazırda X.com) bildirib.

Görüş zamanı qlobal iqtisadi proseslər, o cümlədən qlobal artım və inflyasiya meyillərinə təsir edən amillər müzakirə edildiyi bildirilir.

Görüşdə həmçinin pul bazarında gedən proseslər, faiz transmissiyasının gücləndirilməsi istiqamətində aparılan islahatlar, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.