Bakıda sərnişindaşıma həyata keçirən daha iki müntəzəm marşrut xətti üzrə avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

Bu barədə İqtisadiyyat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Belə ki, yanvarın 27-dən NZS yaşayış massivi – Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi istiqamətində fəaliyyət göstərən 22 nömrəli, yanvarın 28-dən isə Sabunçu dəmiryol stansiyasını “Dərnəgül” metro stansiyası ilə əlaqələndirən 93 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Bakıda 180 marşrutdan 102-si nağdsız ödəniş sisteminə qoşulub. 2023-cü ildə 14 marşrut üzrə fəaliyyət göstərən 375 avtobusda kart sisteminə keçid olunub.