“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin tabeliyində olan bəzi tibb müəssisələri təmir olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, təmir işləri aşağıdakı tibb müəssisələrində aparılacaq:
- 24 nömrəli poliklinka, 38 nömrəli poliklinka, 3 nömrəli şəhər poliklinka və 4 nömrəli Vərəm Əleyhinə Dispanseri
Təmir işlərini "Radium Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək. Bunun müqabilində şirkətə 485 367 manat ödəniş olunacaq.
Təmir müddətində tibb müəssisələrinin fəaliyyətini necə davam etdirəcəyi açıqlanmayıb.