Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu “Toyota Prius” markalı avtomobil vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

Yaralanan 2001-ci il təvəllüdlü Güllü Mehdiyeva da aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib.