Bakıda minik avtomobili yük avtomobilinə çırpılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Bağırov Süleyman Salman oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Suraxanı rayonu ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək eyni hərəkət zolağı ilə hərəkətdə olan "Tata" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə "Toyota Prius" markalı avtomobildəki sərnişin 2001-ci il təvəllüdlü Əlizadə Ramilə Ramin qızı aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılaraq istintaqı aparılır.