Bakı şəhəri Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları, sənədləri və 3000 manat dəyərində mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Kənan Məhərrəmov, Salyan rayon sakini Rəvan Abdullayev və Sumqayıt şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır