Bakıda müayinəyə gedən pasiyent həkimin telefonunu oğurlayıb.
İqtisadiyyat.az xəbər verir ki, hadisə 11 saylı şəhər poliklinikasında qeydə alınıb.
Həkim-terapevt Məlahət Hümmətqızı bildirib ki, bu gün saat 11-12 radələrində iş otağının qapısının açıq olmasından istifadə edən pasiyentlərdən biri stolunun üstündən mobil telefonunu oğurlayıb.
Həkimin sözlərinə görə, hazırda həmin şəxs onun adından telefonun kontaktında olan hər kəsdən pul istəyir.