Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısıda mirkoavtobusda yanğın baş verməsi səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib

***

13:51

Paytaxtın Nərimanov rayonunda hotelin qarşısında mikroavtobusda yanğın olub, yolda sıxlıq yaranıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısında mirkoavtobusda yanğın baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib