Bakının Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən "İran klinikası"nın bağlanması ilə bağlı xəbər yayılıb.

Bu  barədə İqtisadiyyat.az-a məlumat daxil olub.

İddiaya görə, bu, Azərbaycanla İran arasında münasibətin gərgin olmasından qaynaqlanır. Deyilənləri dəqiqləşdirmək üçün klinika ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Klinikanın yerləşdiyi binanın üzərindən tibb müəssisəsinin adı yığışdırılıb. Bəzi iddialara görə bu, klinikada aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Qeyd edək ki, "İran klinikası" İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin tibb müəssisəsidir və Bakıda uzun illərdir fəaliyyət göstərir. Klinikanın məsul şəxslərinin mövqeyini dərc etməyə hazırıq.