Bakıda məktəb ərazisində yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən 17 saylı tam orta məktəbin ərazisində qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub.

Nazirlikdən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə məişət tullantıları yanıb.

FHN-in yanğından mühafizə qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb.