Oktyabrın 16-da 1985 təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Bakının Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub, o, saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.