Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, mübahisə zəminində bıçaqlanan 2001-ci il təvəllüdlü Məmmədyarov Sabir Cavad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.