2019-cu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3% artaraq 4924,5 milyon manat olub.

İqtisadiyyat.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 2241,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9% artaraq 2682,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 25,8%-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.