Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artaraq 4960,3 milyon manat olub.

İqtisadiyyat.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3920,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 79% faizini təşkil edib.