Qusarda yataqxanada yanğın olub.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5-i uşaq olmaqla 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.