“Mazarina Trade Company” MMC törətdiyi inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 353.3-cü (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) yüklənməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, 1998-ci ildə yaradılmış “Mazarina” MMC “Gəncə Şərab-2” ASC ilə birlikdə şərab və digər spirtli məhsulların istehsalı və satışına başlayıb. 2017-ci ildə “Mazarina” MMC-nin adı “Mazarina Trade Company” MMC-yə rebrendinq edilib. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Məmmədov Qədir Şirsoltan oğludur.