Bakıda uşaq bağçasında azyaşlı ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Qafqazinfo” saytı məlumat yayıb.

Bildirilib ki, hadisə Səbail rayonunun İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

Sayt qeyd edir ki, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı ötən gün sözügedən bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

TƏBİB-dən sayta bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.