Bakıda bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə ötən gün Binəqədi yolu deyilən ərazidə qeydə alınıb.

Bərdə rayonu sakini Rəşidov Elmir Ramiz oğlu "qarın boşluğunun və bel nahiyyəsinin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən 2 bıçaq yarası" xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olub.

Aralarında yaranmış mübahisə nəticəsində Məmmədov Murad Təvvəkül oğlunun Rəşidov Elmir Ramiz oğlunu bıçaqladığı məlum olub.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.