Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən bir anbardan 18340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.