Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar Bakıda 8 məscid və ziyarətgahlarda keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.

Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva bildirib ki, qanvermə aksiyası başlayandan indiyədək paytaxtda 600 nəfərə yaxın şəxs könüllü olaraq qan verib.

O qeyd edib ki, qanvermə aksiyasına vətəndaşlar tərəfindən çox böyük maraq var: “Aksiya hazırda davam edir”. (report)