Bakının Sabunçu rayonunda 39 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 

İqtisadiyyat.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Sərxan Rəhman oğlu Məmmədov münaqişə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.